Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhər 194 saylı məktəbin tarix müəllimi Şəhla Şamilova ilk dəfə keçirilən tarix müəllimlərinin sertifikasiyasından 55 bal yığıb.
O, Redaktor.az-a açıqlamasında bildirdi ki, nəticə ürəyincə olmasa, da yaxşıdır.
““Əslində, daha yüksək nəticə gözləyirdim. Kurikuluma daha çox hazırlaşmışdım. İmtahan şəffaf keçirildi və məktəbdə dərs prosesi zamanı əldə etdiyim biliklər mənə yaxşı nəticə göstərməyə kömək etdi”, - deyə Şəhla müəllim qeyd etdi.
NURİYYƏ