Tarix və Etnologiya İnstitutu ili 4 mühüm elmi nəticə ilə başa vurub AZƏRTAC

29.12.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 dekabr, AZƏRTAC

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda bu il elmi-tədqiqat işləri əsas 5 istiqamət, 17 problem, 43 mövzu, 197 iş üzrə aparılıb və 4 mühüm nəticə əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2024-cü il üzrə illik hesabatlara həsr olunmuş iclasında müəssisənin direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov məlumat verib.

O, il ərzində “Səfəvi dövləti tarixinin aktual problemlərinin öyrənilməsi”, “Qərbi Azərbaycan XIX yüzilliyin ikinci yarısı - XX yüzilliyin əvvəllərində”, “Möhtəşəm 20 il (1993-2023)”, “Birinci və İkinci Qarabağ müharibələri: Azərbaycanın erməni işğalçıları üzərində qələbəsinə etnoloji baxış” kimi mühüm nəticələrin əldə olunduğunu qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью