Tarix yazan çempion: “Azərbaycanda qadın güləşi etibarlı əllərdədir”

10.11.2024

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycanın qadın güləşi inkişaf dönəmindədir. Son illərdə istər Avropa, istərsə də dünya çempionatında qızların uğurlu çıxışı, mükafatçılar sırasına düşməsi bu növdə inkişafın sürətləndiyini göstərir.

Son olaraq ötən ay Albaniyanın paytaxtı Tiranada 23 yaşadək qızlar arasında dünya çempionatı baş tutub. Azərbaycanı turnirdə təmsil edən Jalə Əliyevə yekunda fəxri kürsünün yüksək pilləsinə qalxıb. Bu, qadın güləşinə tarixi hadisə kimi düşüb. Belə ki, ilk dəfə U-23-lər arasında Azərbaycandan bir idmançı dünya çempionu adını qazanıb.

Jalə Əliyeva ilə çempionluğu və hədəfləri haqda danışdıq:

“Dünya çempionu olduğum üçün çox sevinirəm. Bundan əvvəl mundiallarda gümüş və bürünc medallar qazanmışdım. Ən böyük arzularımdan biri dünya çempionluğu idi və buna nail oldum. Bayrağımızı yüksəldib, himnimizi səsləndirməyin necə gözəl hiss olduğunu izah edə bilmərəm. Bunu bütün idmançılara arzu edirəm”.

57 kq-da mübarizə aparan idmançı turnirdəki görüşlərindən söz açdı:

“Dünya çempionatında zəif idmançı olmur. Bütün ölkələrin ən güclüləri burada yarışır, hamı çempion olmaq istəyir. Bütün görüşlərim gərgin keçdi. Xüsusilə, yaponiyalı güləşçi ilə ağır mübarizə oldu. Lakin məğlubedilməz idmançı yoxdur. Özünə inam və əziyyət sayəsində çempionluq gəldi”.

Azərbaycanda qadın güləşinin inkişafından söz açan çempion növbəti hədəflərini dilə gətirdi:

“Azərbaycanda qadın güləşi etibarlı əllərdədir. Hətta yeniyetmə və gənc qızlarımız Avropa, dünya çempionatlarında uğurlu çıxış edirlər. İnanıram ki, onlar da bayrağımızı yüksəklərdə dalğalandıracaqlar.

Qarşıdan gələn yarışlara hazırlaşıb, daha böyük uğurlara imza atmaq istəyirəm. Olimpiya medalı qazanmaq üçün əlimdən gələni edəcək”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Əsas xəbərlər, Ümumi idman Məşqçilər üçün Ümumirespublika seminarı təşkil ediləcək

4 Noyabr 2024, 20:50

Əsas xəbərlər, Ümumi idman Azərbaycan güləşində yeni səhifə

30 Oktyabr 2024, 9:06

Əsas xəbərlər, Ümumi idman Xaniyev Tiranada dünya çempionu oldu

28 Oktyabr 2024, 0:25

Əsas xəbərlər, Ümumi idman “Çalışacağam ki, bundan sonra daha böyük uğurlara imza atım”

27 Oktyabr 2024, 14:34

Əsas xəbərlər, Ümumi idman Azərbaycan güləşçisi dünya çempionu oldu

26 Oktyabr 2024, 0:02

Əsas xəbərlər, Ümumi idman Azərbaycan güləşçiləri dünya çempionatında iştirak edəcək

16 Oktyabr 2024, 18:15

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью