Tarix yazan “Cirtdanlar” İdman və Biz

19.11.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

San Marino millisi tarixinin ilklərinə imza atıb.

İdman.biz xəbər verir ki, bu, Millətlər Liqasının VI turunda baş verib.

D liqasında mübarizə aparan "cırtdan" ölkə təmsilçisi səfərdə Lixtenşteynə qalib gəlib – 3:1. San Marino yığması tarixində ilk dəfə səfərdə qələbə qazanıb.

“Cirtdanlar” həm də tarixdə ilk dəfə bir oyunda 3 qol vurub. Bunadək onların rekordu 2 qola bərabər idi. 2003-cü ildə Lixtenşteyn (2:2), 9 il sonra Malta (2:3) San Marinodan iki top buraxıb.

Qeyd edək ki, öz qrupunda 1-ci yeri tutan san marinolular C liqasına yüksəlib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью