Tarix yazan oğullar yad edilib FOTO

21.09.2026

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətən və torpaq yolunda canından keçənlər əbədi olaraq ürəklərdə yaşayırlar. Onlar zaman-zaman böyük ehtiramla xatırlanır, şərəfli ömür yolları gələn nəsillər də örnək olur. 2023-cü il sentyabr ayında Qarabağda keçirilmiş antiterror əməliyyatları zamanı şəhid olmuş Lerikin qəhrəman oğulları - Zahir Əliyevin, Rəşad Vəlizadənin adları dillərdən düşmür, cismən aramızda olmasalar da, harada bir günəş müqəddəsliyi var, soraqları oradan gəlir.

Ötən gün Yeni Azərbaycan Partiyasının Lerik Rayon Təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik Rayon filialının sədri Veysəl Məlikov tərəfindən hər iki şəhidin məzar ziyarət edilib, üzərinə gül dəstələri qoyulubdur .
Həmçinin bildirilib ki, Vətənin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğlan və qızlarımızın hər biri bir qəhrəmanlıq dastanı yazıb. Onlar xalqımızın yaddaşında əbədi yaşayacaqlar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью