Tarix yazdıq... Tramp qələbəsini elan etdi

06.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.

Biz tarix yazdıq.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdən sonra keçirdiyi brifinqdə bildirib.

“47-ci Prezidentinizi seçdiyiniz üçün sizə təşəkkür edirəm. Bu qələbə Amerikanı yenidən böyütməyə kömək edəcək”, - Tramp seçicilərinə xitabən deyib.

O, tayı-bərabəri olmayan qələbə qazandığını bəyan edib. Tramp bütün problemləri həll edəcəyinə də söz verib.

ABŞ üçün "qızıl dövr" vəd edən Donald Tramp Senata nəzarəti bərpa etdiklərini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью