“Tarix yazmaq üçün qarşıda 90 dəqiqə var”

25.07.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”ə (Yunanıstan) qalib gəldikləri ilk oyundan (2:1) sonra paylaşım edib.

Futbolpress.az xəbər verir ki, komandasının birinci qolunu vuran braziliyalı hücumçu instaqram hesabında bunları yazıb:

“Konfrans Liqasında komandama qolla kömək etdiyim üçün xoşbəxtəm. Tarix yazmaq üçün qarşıda 90 dəqiqə var. Hamımız birlikdə sona qədər mübarizə aparacağıq”.

Komandalar arasındakı cavab oyunu iyulun 31-də Yunanıstanda olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью