Tarixdə 4cü dəfə İdman və Biz

03.01.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliya Superkubokunun yarımfinalında “Atalanta” ilə qarşılaşan “İnter” uğurlu seriyasını davam etdirib.

İdman.biz xəbər verir ki, Milan klubu ardıcıl 5-ci dəfə quru hesabla qalib gəlib.

Simone İnzaqinin yetirmələri bu dəfə 2 qola seviniblər. Bunadək A seriyasında “Kalyari”yə 3, “Komo”ya 2, “Latsio”ya 6, kubokda “Udineze”yə 2 qol vuran “İnter” qapısını toxunulmaz saxlamaqla qələbələri sıralayıb.

Milan təmsilçisi tarixində 4-cü dəfə ən azı 5 matçlıq belə seriyaya imza atıb. Sonuncu dəfə buna 2007-ci ilin dekabrında qeydə alınıb.

Qeyd edək ki, 17 il əvvəlki seriya 6 quru hesablı qələbədən ibarət olub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью