Tarixdə bu gün: 29 dekabr

29.12.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Dekabrın 29-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. 
Bizim.Media xəbər verir ki, bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Dekabrın 29-da kimlər anadan olub?
Əzizə Cəfərzadə (1921-2003) - yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycanın xalq yazıçısıdır.
Madam de Pompadur (1721-1764) - ədəbi salonun sahibəsidir. O, iyirmi il ərzində dövlət işlərinə böyük təsir göstərən, elm və incəsənətə himayədarlıq edən Fransa kralı XV Lüdovikin rəsmi sevimlisi (1745-ci ildən) olub.
Çarlz Makintoş (1766-1843) - Şotlandiya kimyaçısı və ixtiraçısıdır. O, suya davamlı parça icad etməklə "Makintoş" plaşın hazırlanması ilə tanınır.
Çarlz Qudir (1800-1860) - kauçuk vulkanizasiyasını ilk dəfə patentləşdirən amerikalı ixtiraçıdır (1844).
Con Voyt (1938) - amerikalı aktyor, "Oskar", "Qızıl Qlobus" və "BAFTA" mükafatları laureatıdır. Onun iştirakı ilə çəkilən ən məşhur filmlər: "Gecəyarısı kovboyu", "Döyüş", "Yerinə yetirilməyən missiya", "Anakonda".
Cud Lou (1972) – İngiltərənin teatr və kino aktyorudur. O, "İstedadlı mister Ripli", "Soyuq dağ", "Yaxınlıq" və s. filmlərdə rol alıb.
Dekabrın 29-da dünyada baş verən tarixi hadisələr
1708-ci ildə I Pyotrun sərəncamı ilə Rusiya ərazisi səkkiz quberniyaya bölünüb.
1768-ci ildə Rusiya İmperatriçası II Yekaterina kağız əskinaslarını tətbiq edib.
1998-ci ildə Azərbaycan Milli Məclisi (parlamenti) Naxçıvan Muxtar Respublikasının yeni konstitusiyasını təsdiq edib.
1998-ci ildə Bakının dənizkənarı bulvarı milli park statusu alıb.
1999-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında sərəncam imzalayıb.
2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
2012-ci ildə Azərbaycanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və 1 nömrəli "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, düzgünlük və rahatlıq prinsiplərinə əsaslanır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью