Tarixdə bu gün: Şahzadənin ölümü, kütləvi insan ölümü...

31.08.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İlin hər günü baş verən hadisələrlə dünyanın tarixinə yazılıb.

“Cebheinfo.az” 31 avqustu tarixə salan hadisələri təqdim edir:

*1876-cı ildə Osmanlı sultanı V Murad devrilmış və onun qaradaşı II Əbdülhəmid yeni sultan elan edilib;

*1897-ci ildə Tomas Edison kinetoskop adlı ilk kinoproyektora patent alıb;

*1907-ci ildə Antantanın yaradılmasını tamamlayan İngiltərə-Çar Rusiyası sazişi imzalanıb;

*1957-ci ildə Malayziya özünün Böyük Britaniyadan müstəqilliyini elan edib;

*1962-ci ildə Trinidad və Tobaqo müstəqilliyini elan edib;

*1997-ci ildə Şahzadə Diana Parisdə avtomobil qəzasında həlak olub;

*2005-ci ildə Bağdadda Dəclə çayı üzərindəki körpüdə yaranmış basırıq nəticəsində 1 199 insan həlak olub.

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью