Tarixdə heç vaxt: Qızıl bu qədər baha olmayıb

15.05.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın qiyməti yeni tarixi rekorda imza atıb.

“Cebheinfo.az” xəbə verir ki, aprelin 2-də keçirilən ticarət zamanı qiymətli metalın çatdırılması üzrə fyuçerslər 1,12% bahalaşaraq 1 troya unsiyası (31,1 qram) üçün 3201,6 dollara çatıb. Tarixdə heç vaxt qızıl bu qədər baha olmamışdı. Daha sonra, aprelin 3-də səhər saatlarında qiymət 1 troya unsiyası üçün 3171,5 dollar olub.

Qızıl martın 27-də keçirilən hərracda əvvəlki rekordunu təzələyib. Qızılın birja qiyməti tarixdə ilk dəfə olaraq 1,5%-dən çox artaraq 1 troy unsiyası üçün 3,1 min dolları ötüb. Qızıl qiymətlərindəki sıçrayışlarla bağlı vəziyyət ABŞ Prezidenti Donald Tramp administrasiyasının tarif təhdidləri qorxusu fonunda təhlükəsiz aktivlərə tələbatla əlaqələndirilir.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью