Tarixdə ikinci dəfə ən titullu klublar ilk matçlarda uduzub

03.04.2025

Icma.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycan Kuboku tarixində ikinci dəfə yarımfinal mərhələsinin ilk oyunlarında turnirin iki ən titullu klubu məğlub olub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, sonuncu belə hal 2003/2004 mövsümündə qeydə alınıb.

Həmin vaxt "Neftçi" səfərdə "Bakılı"ya 0:1, "Qarabağ" isə evdə "Şəmkir"ə 1:2 hesabı ilə uduzub.

Ötən gün isə Ağdam təmsilçisi səfərdə "Araz-Naxçıvan"a (0:1), "Neftçi" isə evdə "Sabah"a (1:2) yenilib.

Qeyd edək ki, “Neftçi” 21-ci, “Qarabağ” 20-ci dəfə yarımfinaldadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью