Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şimal Dəniz Yolu ilə Çindən Avropaya ilk tranzit reysi həyata keçirilib.
Oxu.Az bildirir ki, bu barədə Rusiyanın "Rosatom" dövlət korporasiyası məlumat yayıb.
Bildirilir ki, oktyabrın 13-də Şimal Dəniz Yolu ilə Çindən Avropaya tarixdə ilk konteyner tranziti çatıb. Gəmi sentyabrın 23-də Çinin Ninbo limanından yola düşmüşdü.
Ümumilikdə 25 min tonluq yük konteynerləri daşıyan gəmi oktyabrın 1-də Şimal Dəniz Yolunun akvatoriyasına daxil olub.
Arktikanın Rusiya ərazisindən keçən marşrut 20 gün ərzində qət olunub, bu da ənənəvi cənub marşrutlarından istifadə edilən müddətdən təxminən təqribən iki dəfə azdır.