Tarixdə ilk: Ətə qarşı allergiyadan insan öldü

14.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Nyu-Cersi ştatından olan ABŞ aviaşirkətinin pilotu tarixdə ətə qarşı allergiyadan ölən ilk insan olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Journal of Allergy and Clinical Immunology: In Practice" (JACI) tibb jurnalı məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, 47 yaşlı kişi hamburger yedikdən dörd saat sonra özünü çox pis hiss edib. Bu, 2024-cü ilin sentyabrında baş verib. Məhkəmə tibb mütəxəssisləri uzun müddət onun ölüm səbəbini izah edə bilməyiblər. Sonradan məlum olub ki, hadisədən az əvvəl amerikalını gənə dişləyib. Bu dişləmə ilə onun qanına allergik reaksiyaya səbəb olan anticisimlər daxil olub.

"Biz ət yedikdən sonra alfa-qal sindromu (AGS) ilə ilk sənədləşdirilmiş ölüm hadisəsi barədə məlumat veririk", - deyə nəşrdə qeyd olunub.

Bildirilir ki, bu təhlükəli xəstəliyi yayan "Amblyomma Americanum" gənələri amerikalılara ilk dəfə hücum etmir. Onlar əsasən ABŞ-nin şimal-şərq, cənub və Orta Qərb bölgələrində yayılıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью