Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Puerto-rikolu Cennifer Barreto 116 iştirakçını geridə qoyaraq 2026-cı ilin “Kainat gözəli” seçilib. 27 yaşlı Barreto müsabiqənin qalibi olan ilk evli və övlad sahibi qadın kimi tarixə düşüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən nüfuzlu gözəllik müsabiqələrindən biri olan “Miss Universe”in 75-cisi Puerto-Rikonun paytaxtı San-Xuan şəhərində keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçıların mübarizə apardığı yarışmada 27 yaşlı Cennifer Barreto qalib olub.
Həm evlidir, həm də övladı var
Gözəllik tacını qazanan Barreto müsabiqənin 75 illik tarixində bir ilkə imza atıb. O, evli və övlad sahibi olaraq “Kainat gözəli” titulunu qazanan ilk qadın olub.
2023-cü ildə qaydalar dəyişdirilib
“Miss Universe” təşkilatı uzun illər tətbiq olunan qaydaları 2023-cü ildə dəyişdirərək evli və övlad sahibi qadınların da müsabiqədə iştirakına icazə vermişdi. Barretonun qələbəsi bu dəyişiklikdən sonra yarışmanın tarixinə düşüb. Barreto 20 illik fasilədən sonra Puerto-Rikoya “Kainat gözəli” tacını qazandırıb. O, tacı ötən ilin qalibi, meksikalı Fatima Boşdan təhvil alıb.