Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Liverpul"un kapitanı Vircil Van Deyk UEFA Çempionlar Liqasında ilkə imza atıb.
Fanat.Az "WhoScored"a istinadən xəbər verir ki, niderlandlı futbolçu bu nəticəni "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri matçda - Liqa mərhələsinin 8-ci turunun oyununda reallaşdırıb.
"Enfild"dəki qarşılaşmada 3 assist edən Vircil qitənin ən nüfuzlu klub turnirində bir matçda bu sayda məhsuldar ötürmə ilə yadda qalan ilk mərkəz müdafiəçisi olub
Qeyd edək ki, ÇL-in Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda "Nyukasl" və ya PSJ ilə mübarizə aparacaq.
Nihat