Icma.az bildirir, Fanat portalına istinadən. "Çelsi"nin vingeri Ceydon Sanço karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "TalkSport" məlumat yayıb. Mənbənin məlumatına görə, "Roma" klubu onunla maraqlanır.
Sanço hazırda "Çelsi"də icarədədir, oyunçunun hüquqları isə "Mançester Yunayted"ə məxsusdur.
İngilis klubları arasında icarə razılaşmasına əsasən, "Çelsi" Premyer Liqanı ilk 14-cü yerdə başa vurarsa, cari mövsümün sonunda Sançonu 25 milyon funt-sterlinqə almalı olacaq.
Bununla belə, London klubu “qırmızı şeytanlar”a 5 milyon ödəməklə, satın almadan imtina edə bilər.
"Çelsi"nin baş məşqçisi Entso Mareska isə hələ də Sançoya ehtiyacı olub-olmaması barədə qərar verə bilmir.
Ona görə də digər klublar oyunçu uğrunda mübarizəyə qoşulublar.
Sanço ilə "Roma"dan başqa, "Latsio", "Borussiya Dortmund" və "Bayer Leverkuzen"lə də maraqlanır.