Tarixə düşmək üçün cəmi bir həftə, 2 oyun kifayət etdi

07.01.2025

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Milan"ın yeni baş məşqçisi Serxio Konseysao klubun tarixinə düşüb.

Publika.az xəbər verir ki, o, İtaliya Superkuboku uğrunda final oyununda komandasının "İnter"ə 3:2 hesabı ilə qalib gəlməsi sayəsində buna nail olub. Portuqaliyalı mütəxəssisə titul qazanmaq üçün cəmi iki matç lazım olub. "Rossonierilər" əzəli rəqibindən əvvəl yarımfinalda "Yuventus" məğlub edib - 2:1.

Beləliklə, Konseysao klubda bir həftə çalışaraq, "Milan"la kuboku istənilən məşqçidən tez qazanıb. Bu, klubun 125 illik tarixində heç vaxt baş verməyib.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью