Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Yunanıstanın cənub-şərqində yerləşən Strongylo adası 5 milyon dollara satışa çıxarılıb.
Banco.az xəbər verir ki, təxminən 219 min kvadratmetr əraziyə malik ada üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə diqqət çəkir.
Patmos və Leros adalarının yaxınlığında yerləşən Strongyloda qədim tikilinin daş qalıqları və quyu da var.
Ada fərdi yaşayış sahəsi və ya ekoturizm layihəsi yaratmaq istəyən investorlar üçün potensial imkan kimi təqdim olunur. Bununla belə, tikinti və inkişaf planları müvafiq icazələrdən, ərazinin hüquqi statusundan və infrastruktur imkanlarından asılıdır.
Adada nəqliyyat yalnız dəniz yolu ilə mümkündür. Su və elektrik təchizatı, eləcə də tikinti işləri əlavə xərc tələb edə bilər.
Strongylo 2015-ci ildə aktyor Conni Deppin adanı aldığı barədə iddialarla da gündəmə gəlmişdi. Lakin onun adanın sahibi olması barədə məlumat təsdiqlənməyib.