Tarixi amfiteatrın fəaliyyəti dayandırıldı

24.09.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

İtaliyanın paytaxtı Romadakı tarixi Kolizey amfiteatrının müvəqqəti olaraq fəaliyyəti dayandırılıb.
Kulis.az xəbər verir ki, qərar yeni işıqlandırma sisteminin quraşdırılması zamanı 22 yaşlı işçinin hündürlükdən yıxılaraq həlak olması səbəbindən verilib.

Andrea Moretti adlı fəhlənin ölümündən sonra məkandakı turistlər təxliyə edilib.
İtaliyanın Baş naziri Corcia Meloni baş verən iş qəzası ilə bağlı dərin kədərini ifadə edərək, gənc yaşda belə bir ölümün qəbulolunmaz olduğunu deyib.
Polis faciənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün istintaq başladb.
Qeyd edək ki, e.ə. I əsrə aid olan və hər gün təxminən 20 min turist qəbul edən amfiteatr Roma imperiyasının mühüm tarixi abidələrindən biridir.

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb Süni intellektin vizual qavrayışa təsirini araşdıran sərgi keçiriləcək Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью