Tarixi atəşkəsdən sonra dünyanın hər yerindən sevinc nümayişləri FOTO/VİDEO

16.01.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

İsraillə HƏMAS arasında tarixi atəşkəsdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan fələstinlilər, o cümlədən  Qüdsdə insanlar Məscidi Əqsa ətrafa toplanaraq bu anlaşmanı alqışlayıblar.

Ölkə.Az xəbər verir ki, anlaşmadan sonra HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye Türkiyə, Cənubi Afrika, Əlcəzair, Misir, Qətər, Rusiya, Çin və Fələstinin haqlarını və Qəzzada məzlumları dəstəkləyərək şərəfli mövqe sərgiləyən bütün ölkələrə təşəkkür edib.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəs və əsir mübadiləsinə dair razılaşma ilə bağlı açıqlama verib: “Biz Fələstin Müqavimət Hərəkatı Həmas ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə yekunlaşmasını alqışlayırıq. Ümid edirik ki, razılaşma bölgəmizə və bütün bəşəriyyətə, xüsusilə Fələstinli qardaşlarımıza faydalı olacaq və daimi sülh və sabitliyə qapı açacaq".

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью