Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-da qar fırtınası və dondurucu temperatur 11 nəfərin ölümünə səbəb olub, 800 mindən çox insan hələ də elektrik enerjisiz qalıb.
Turkustan.az xəbər verir ki, səlahiyyətlilər fırtınanın təsirlərinin günlərlə, hətta həftələrlə davam edə biləcəyini və təxminən 90 milyon insanın "həddindən artıq soyuq" xəbərdarlığı altında olduğunu bildiriblər.Tennessi ştatında hava şəraiti ilə bağlı səbəblərdən üç nəfər ölüb və bununla da soyuq hava və qar fırtınasından ölənlərin sayı 11-ə çatıb.
Paytaxt Vaşinqtonda 10 santimetrə qədər, Nyu-York və Nyu-Cersidə isə 30 santimetrə qədər qar yağacağı gözlənilir.
Nyu-York şəhərinin meri Zöhran Mamdani dünən keçirilən mətbuat konfransında açıq havada beş evsiz insanın ölü tapıldığını və bu rəqəmin arta biləcəyini açıqladı.
Aytən Yaşar/ Turkustan.az