Tarixi filmlərimiz xarici auditoriyaya təqdim ediləcək

25.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Layihə çərçivəsində çəkilən filmlərin dublyaj prosesinə start verilib. Filmlərin, ilk növbədə ingilis dilinə, eyni zamanda, digər dillərə tərcümə məsələsi də gündəmdədir”.
Bizim.Media xəbər verir ki, bunu Kino Agentliyinin baş direktoru Rəşad Əzizov "Azərbaycan irsinə səyahət” layihəsi haqqında media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, bəzi filmlər kinoteatrlarda nümayiş olunaraq böyük kütləyə çatdırılacaq:
"Fürsətdən istifadə edərək, telekanalları da bu filmləri əldə etməyə dəvət edirəm. Çünki hər bir məhsul mütləq şəkildə öz istehlakçısını tapmalıdır və bunun ən yaxşı yolu məhz televiziya vasitəsilə olmalıdır. Televiziyalar da öz aralarında filmlərin nümayişi ilə bağlı rəqabət aparmalıdır".
Direktor bu filmlərin təhsil sistemində tədris olunmasının tərəfdarı olduğunu qeyd edib:
"Bu filmlərdən gələcəkdə tədris prosesində hansısa bir şəkildə istifadə oluna bilər. Çünki çox dərin araşdırmalar aparılır. Müasir dövrdə buna böyük bir ehtiyac var. Çünki gənclər tarixi nəinki oxumalı, həm də sevməlidirlər".
 

O, istehsalatda bir neçə digər filmlərin olduğunu da vurğulayıb: "Bunlara "Atropatena", "İki Xaqan", "Türkmənçay"ı nümunə göstərə bilərik. Yəni artıq digər dövrlərə aid olan filmlər də var".


Qeyd edək ki, “Azərbaycan irsinə səyahət” silsiləsi çərçivəsində üç film " Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filmi, " İşquz dövləti” bədii-sənədli filmi və “Memar Əcəmi: Daşlara yazılan tale” bədii filmi çəkilib.
Günay Şahmar, Tural Xəlil, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью