Tarixi görüş: Güney Azərbaycan fəalları Pezeşkianla bir arada

10.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Güney Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti fəalı İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

"Cebheinfo.az" xəbər verir ki,  bunu "Araz News” teleqram kanalı yazıb.

Məlumata görə, görüşdə Təbriz İES-in çirkləndirmə problemi və həlli, Təbrizdə ikinci neftayırma zavodunun yaradılması, Təbriz-Zəngan avtomobil yolunun bərpası, bölgədə dövlət və özəl sektor investisiyalarının icrası məsələləri müzakirə edilib. 

Eyni zamanda, fəallar qanun layihələrinin hazırlanmasında ölkədəki hüquq institutlarının rəhbərlərinin potensialından istifadə edilməsi ilə bağlı təklif irəli sürüb, mədəni-ədəbi və incəsənət məsələlərinə diqqət yetirilməsinə, eləcə də Güney Azərbaycan Musiqi Konservatoriyasının yaradılmasına çağırış ediblər. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью