“Tarixi hadisə kimi qiymətləndirilməlidir” Sabiq baş məşqçi AÇIQLADI | Icma.az
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. “Biz ilk dəfə idi ki, Avropa çempionatında 4 kateqoriya üzrə təmsil olunacayıq”.
Bunu SİA-ya Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinin üzvü, milli komandanın sabiq baş məşqçisi Ceyhun Məmmədəliyev deyib.
O bildirib ki, şəxsi və kişilərin qoşa katerqoriyasında iştirak etsək də, digər kateqoriyalarda isə bir ilkdir: “Ölkəmizi bu yarışda Edi Reski Dviçayo, Keişa Fatimə Zəhra, Aqil Qəbilov, Cahid Əlhəsənov və Həcər Nuriyeva təmsil edəcək.
Gənclərimizə güvənirik. Yaxşı nəticə qazanacaqlarına inanırıq.
Badmintonda 5 kateqroriya üzrə yarışlar keçirilir bunun 4-də də təmsil olunmağımız tarixi hadisə kimi qiymətləndirilə bilər.
Yarışa hazırlaşmağa zamanımız var ona kimi idmançılarımızın yaxşı şəkildə hazırlaşacaqlarına ümid edirəm”.
Qeyd edək ki, Danimarkanın Horsens şəhərində keçiriləcək Avropa çempionatın aprelin 8-13 tarixlərində baş tutacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu