Tarixi irsin və təbii gözəlliklər şəhəri Tekirdağ FOTOLAR | Icma.az
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Türkiyənin bütün ərazisi turizm üçün olduqca əlverişlidir.
Bu yazımızda Türkiyənin cənnəti adlandırılan Tekirdağ haqqında oxucularımıza məlumat verəcəyik.
İstanbuldan 140 kilometr məsafədə yerləşən Tekirdağ öz zənginliyi ilə turistləri valeh edir.
Türkiyənin ən qədim yaşayış məskənlərindən biri olan Tekirdağda tarixlə baş-başa qalmaq mümükündür.
Mərmərə dənizi sahilində dağ və dəniz mənzərələri ilə təsir edici qədim Trakya şəhəri Tekirdağda çimərliklər, parklar, yaşıl sahələr və çay bağları ilə dolu canlı sahil xətti var.
Yamyaşıl əraziləri ilə sahilini bəzəyən Tekirdağın il mərkəzi və rayonlarında 18-ci əsrə aid taxta evlərin olması şəhəri mütləq görülməli bir dayanacaq halına gətirir.Bu gün Tekirdağ Arxeologiya və Etnoqrafiya Muzeyi kimi fəaliyyət göstərən bina Osmanlı memarlıq üslubunu əks etdirən keçmiş qubernator malikanəsidir və şəhərin mütləq görülməli tarixi yerlərindən biridir.
Eyni küçədə türk-macar dostluğunu simvollaşdıran Rakoçzi muzeyi də ən az onun qədər təsir edicidir.
1700-cü illərdə burada yaşamış keçmiş Macarıstan şahzadəsi Rakoczi Francis-in xatirəsinə açılan muzey şəhərdə görülməyə dəyər tarixi yerlərdən biridir.
Tam oxu
Xəbəri oxu