Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

02.11.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbulun 19-cu əsrə aid tarixi abidələrindən olan və uzun illər baxımsız qalan Kuyumcu Karvansarası "İBB miras" tərəfindən aparılan bərpa işlərindən sonra şəhər araşdırmaları mərkəzi kimi istifadəyə verilib.

Kulis.az xəbər verir ki, Beyoğlu Pərşənbə Bazarında yerləşən dördmərtəbəli tarixi tikili bundan sonra şəhər tarixinin araşdırılmasına, elmi fəaliyyətlərə və 2 min 200 nüsxəlik zəngin kitabxanaya ev sahibliyi edəcək.

Açılış mərasimində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədr vəkili Nuri Aslan, Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş və İBB Baş katibinin müavini Mahir Polat iştirak ediblər.

Yenilənmiş mərkəz Tarix Vəqfi, Tarixi Şəhərlər Birliyi, TAÇ Vəqfi və "İBB Miras" kimi mühüm qurumları bir yerə toplayaraq tədqiqatçılar üçün birgə iş mühiti yaradır.

19-cu əsrdə Qalata və Pərşənbə Bazarının ticarət həyatında mühüm rol oynamış Kuyumcu Karvansarasının bərpası zamanı onun orijinal strukturu qorunub, sonradan edilən əlavələr təmizlənərək bina yenidən şəhər həyatına qazandırılıb.

Dünyanı xilas etmək istəyən valideynlər öz uşaqlarını niyə unutdular? - 9 yaşlı qızın gözündən kommunizm "Dünyanı yaratdığına görə Tanrını qınamağa heç bir haqqımız yoxdur, çünki..." - Polyak mütəfəkkirdən sitatlar Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью