Tarixi köklərə əsaslanan yüksək səviyyəli əlaqələr | Icma.az
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan və Qazaxıstan əlaqələri hər zaman yüksək səviyyədə olub.
Çünki xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir.
Ölkələrimiz arasında siyasi təmasların davamlı olaraq inkişaf etdirilməsi bu əlaəqləri daha da möhkəmləndirir.
Azərbaycan-Qazaxıstan əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
“Kazinform” agentliyinə verdiyi müsahibəsində Prezident İlham Əliyev ölkələrimiz arasındakı əlaqələrdən bəhs edərkən bildirdi ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.
Ölkələrimiz arasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub.İkitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir.
Tam oxu
Xəbəri oxu