Tarixi müttəfiqi də ABŞ a üz çevirir Yeni qərar

21.04.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniya ABŞ və Fransadan tədarükü azaltmaq üçün partlayıcı maddələr və sursat istehsalı imkanlarını kəskin şəkildə artıracaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Nəşr yazır ki, Prezident Donald Trampın son qərarları ABŞ-ı Britaniya üçün etibarsız tərəfdaşa çevirib. Bu narahatlıqlar fonunda Londonun yerli istehsalı genişləndirməsi qərarı Britaniya və Avropa ölkələrinin ABŞ-dan silah tədarükün azaltması fonunda diqqət çəkib.

Məlumata görə, yaya qədər Ukraynada müharibənin yaratdığı tələbatı ödəmək üçün 155 mm-lik mərmi istehsalının iki il əvvəllə müqayisədə 16 dəfə artırılması planlaşdırılır.

Ayşən Mustafa
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью