futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Araz-Naxçıvan” bu gün Konfrans Liqasında II təsnifat mərhələsində ilk oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bakıda “Aris”lə qarşılaşıb. Görüş “Araz-Naxçıvan”ın 2:1 hesablı qələbəsiylə başa çatıb. Bu, Naxçıvan təmsilçisinin avrokuboklardakı ilk oyunu kimi tarixə düşüb.
Komandalar arasındakı cavab matçı iyulun 31-də Yunanıstanda olacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00 Araz-Naxçıvan – Aris (Yunanıstan) 2:1
Qollar: Felipe Santos, 76, Patrik Andrade, 78 – Moron, 66