Tarixi paytaxtımız bombalandı 7 nəfər həlak oldu

25.03.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-İsrail aviasiyasının İrana hava zərbələri nəticəsində Təbrizdə 7 nəfər ölüb.

Modern.az bu barədə Tasnim-ə istinadən xəbər verir.

Qeyd olunub ki, onlar dəmir yolu binasına endirilən zərbə nəticəsində həlak olublar.

Martın 23-də analoji hava hücumu zamanı Təbrizdə 6 nəfər həlak olmuş, 6 nəfər isə yaralanmışdı.

Xatırladaq ki, Təbriz şəhəri tarixən Azərbaycanın bir çox güclü dövlətlərinin paytaxtı olmuşdur. Bu dövlətlərə Atabəylər dövləti (Eldenizlər) (XII-XIII əsrlər), Qaraqoyunlular dövləti (1375-1468), Ağqoyunlular dövləti və Səfəvilər dövləti (1501-ci ildən) daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью