Tarixi poker dən 16 il keçir

06.04.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Tarixi "poker"dən 16 il keçir

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Barselona" və "Arsenal" arasında keçirilən tarixi cavab matçından tam 16 il ötür.

QOL.az xəbər verir ki, 2010-cu il aprelin 6-da "Kamp Nou" stadionunda baş tutan qarşılaşma Lionel Messinin unudulmaz performansı ilə yadda qalıb.

Həmin matçda kataloniyalılar 18-ci dəqiqədə qapılarında qol görsələr də, yekunda 4:1 hesablı əzmkar qələbə qazanmağı bacarıblar. "Mavi-qırmızılar"ın heyətində hər dörd qola ulduz futbolçu Lionel Messi imza ataraq poker rəsmiləşdirib. Londondakı ilk görüşdə 2:2 hesablı heç-heçə qeydə alındığına görə "Barselona" iki oyunun nəticəsinə əsasən (ümumi 6:3 hesabı ilə) yarımfinala vəsiqə qazanmışdı..

Qeyd edək ki, yarımfinala adlayan "Barselona" bu mərhələdə "İnter"ə (səfərdə 1:3 məğlubiyyət, evdə 1:0 qələbə) məğlub olaraq turnirlə vidalaşıb. Həmin mövsüm Çempionlar Liqasının qalibi isə məhz Joze Mourinyonun rəhbərlik etdiyi Milan təmsilçisi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью