Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin üzərində qazanılan tarixi qələbədən sonra Tacikistan yığmasının dünya reytinqindəki mövqeyini dəyişib.
Sportal.az xəbər verir ki, FIFA reytinqinin yeni versiyasına əsasən, Asiya təmsilçisi bir pillə irəliləyərək dünya reytinqində 100-cü yeri tutur. Komandanın aktivində 1218,88 xal var.
Reytinqdəki bu yüksəliş oktyabrın 6-da yoldaşlıq oyununda Çin millisi üzərində 1:0 hesabı ilə qazanılan qələbədən sonra baş verib. Matçın yeganə qolunu 53-cü dəqiqədə Vəhdət Hanonov vurub.
Bu qələbə Tacikistan üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, komanda bundan əvvəl heç vaxt Çini məğlub etməmişdi. Oktyabrın 6-da keçirilən qarşılaşmaya qədər iki ölkə yığmalarının oyunlarında taciklər 2 heç-heçə və 3 məğlubiyyət almışdılar.
Qeyd edək ki, Tacikistan seçməsi sentyabrın 23-də Bakıda millimizə 0:1 hesabı ilə uduzmuşdu.
saytlarin hazirlanmasi