Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail İrana qarşı müharibədə tarixi qələbə qazandı.
Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu xalqa videomüraciəti zamanı deyib.
"Biz nəsillər boyu davam edəcək tarixi qələbəyə nail olduq. Biz iki ani ekzistensial təhlükəni aradan qaldırdıq: nüvə bombalarının məhv edilməsi və 20 min ballistik raketin məhv edilməsi təhlükəsi.
Biz İranın nüvə layihəsini dondurmuşuq və əgər kimsə bu layihəni canlandırmaq istəsə, biz də belə bir cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət edəcəyik. İranın nüvə silahı olmayacaq", - Netanyahu bildirib.