Tarixi qərar | Icma.az
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən. Tarixin bu günündə - 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin M
Bəhs olunan sənədlə qərara alınıb ki, hər il dekabr ayının 31-i bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyi günü elan edilsin.
Beləliklə, həmin tarixdən etibarən dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız hər il 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük coşqu ilə qeyd edirlər.
Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu ümummilli bayram Həmrəylik günü dünya azərbaycanlılarının ümummilli bayramıdır.
Həmin gün harada yaşamasından asılı olmayaraq 50 milyon soydaşımızın qəlbi bir-birinə və ana Azərbaycana böyük sevgi ilə döyünür.
Vətənimizin uğurları ilə qürur duyuruq. Qəlbimizdə min bir arzu, istək baş qaldırır.
Sevinirik, fərəhlənirik, xalqımıza və ölkəmizə əmin-amanlıq, yeni qələbələr arzulayırıq.
Bu ümummilli ideyanı Azərbaycan məfkurəsinə gətirən isə böyük siyasətçi Heydər Əliyev olub.
Tam oxu
Xəbəri oxu