Tarixi rekorda 15 qol qaldı

30.10.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixi rekorda 15 qol qaldı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasında yeni tarixi rekorda imza atmağa yaxındır.

QOL.az xəbər verir ki, onun rəsmi oyunlarda vurduğu qolların sayı 985-ə çatıb.

Beləliklə, 41 yaşlı futbolçu karyerasında 1000-ci qolunu vurmaq üçün daha 15 dəfə fərqlənməlidir.

Qeyd edək ki, Ronaldo bu göstəriciyə çatacağı təqdirdə rəsmi oyunlarda 1000 qol vuran ilk futbolçu olacaq. Burada rəsmi, yüksək səviyyəli klub və milli komanda oyunlarında vurulan qollar nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью