“Tarixi və taleləri dəyişən 44 gün”

09.11.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

 “6 il əvvəl Vətən uğrunda gedən ağır döyüşləri, Ordumuz və əsgərlərimiz üçün keçirdiyimiz həyəcanları xatırlayırıq. Döyüşləri saatbasaat izləməyimizi, azad edilən ərazilər haqqında intizarla gözlədiyimiz xəbərlərin yaşatdığı sevincli anları xatırlayırıq”.

Adalet.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib.

“Əskər ölümlərini, evlərə gələn şəhid tabutlarını, axıdılan göz yaşlarını xatırlayırıq. Şuşanın alınma xəbərinin, Zəfər coşqusunun məmləkətdə doğurduğu kütləvi ilahi sevinci, xoşbəxt anları xatırlayırıq. Düşmən üzərində sarsıdıcı Qələbənin kürəklədiyi milli heysiyyəti, Vətənlə öyünmə duyğusunu, milli qüruru, fəxarət hissini, milli birliyi, birgəliyi yad edirik. Vətən uğrunda şəhid olanları ehtiramla anırıq”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью