“Tarixi və unudulmaz bir dərs veriləcək”

21.08.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani bildirib ki, Tehran ABŞ-nin dəniz blokadası fonunda açıq dənizdə rəqiblərinə tarixi bir dərs vermək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Fars” xəbər agentliyi məlumat yayıb.

“Silahlı qüvvələr tezliklə açıq dənizdə rəqiblərə böyük, tarixi və unudulmaz bir dərs verəcək”, - deyə o bildirib.

İrani həmçinin qeyd edib ki, Hörmüz boğazının şərq hissəsi və Oman körfəzi İranın tam nəzarəti altındadır.

Bundan əlavə, onun sözlərinə görə, ölkənin hərbi dəniz qüvvələri regiondan kənardakı rəqibin hərəkətlərini gecə-gündüz izləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью