Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Beş il öncə - 44 günlük Vətən müharibəsinin 24-cü günündə, oktyabrın 20-də Zəngilanın azad olunması əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm addım oldu.
Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermən
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib. Oktyabrda işğal edilən Zəngilan elə oktyabrda da işğaldan azad edildi.
Bu müjdəli xəbəri xalqa 44 günlük Vətən müharibəsinin 24-cü günündə Ali Baş Komandan İlham Əliyev verdi: “Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir.
Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram.
Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib.
Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: “Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri!