Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
CHP-də baş verən son hadisələr fonunda partiya daxilində siyasi hərəkətlilik davam edir.
“Cebheinfo.az” “Haberler.com”-a istinadən xəbər verir ki, CHP sədri Özgür Özəl sabah keçiriləcək parlament fraksiyasının iclasından sonra partiyadan istefa verərək və yeni siyasi partiyanın yaradılması prosesinə başlayacaq.
Məlumata görə, Özəl fraksiya iclasında sonuncu dəfə CHP sədri kimi çıxış edəcək və yeni partiya ilə bağlı əsas mesajlarını da həmin toplantıda verəcək.
İddialara əsasən, fraksiya iclasından sonra Özgür Özəl CHP-nin vilayət sədrləri ilə görüşəcək.Çərşənbə günü isə Mərkəzi İcraiyyə Şurası (MYK) və Partiya Məclisinin (PM) üzvləri ilə ayrı-ayrılıqda toplantılar keçiriləcək. Bundan sonra Özəlin onu dəstəkləyən deputatlarla geniş müzakirələr aparacağı bildirilir.
Qeyd olunur ki, yeni partiyanın yaradılmasında 93 deputat iştirak edəcək. Onlardan 80-nin Partiya Məclisi və Mərkəzi İcraiyyə Şurasında təmsil olunacağı, parlament rəhbərliyində və digər rəhbər vəzifələrdə çalışacaq şəxslərin isə qalan 13 deputat arasından seçiləcəyi bildirilir.
Bəzi deputatların isə yalnız təsisçi qismində çıxış edəcəyi, partiya orqanlarında vəzifə tutmayacağı vurğulanır.Özgür Özələ yaxın mənbələrin sözlərinə görə, yaradılması planlaşdırılan partiyanın proqramı böyük ölçüdə CHP-nin hazırkı proqramına bənzəyəcək.
Yeni partiyanın qərargahı üçün Ankaradakı Turan Günəş bulvarında yerləşən bina ilə daha əvvəl Gələcək Partiyasının istifadə etdiyi bina arasında seçim aparıldığı, təmir müddəti və maliyyə baxımından ikinci binanın daha üstün hesab edildiyi iddia olunur.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin