Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
Bülbülün Memorial Muzeyində Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Tariximizin şanlı səhifəsi" adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Proqramda musiqi məktəbinin şagirdlərinin iştirakı ilə vətənpərvərlik mövzusunda bəstələnmiş, xalqımızın qəhrəmanlıq tarixini və Vətən sevgisini əks etdirən əsərlər səsləndirilib.