Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
ABŞ-da davam edən prezident seçkilərinə çəkilən xərc hesablanıb.
Reyting.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzetinin məlumatında bildirilib.
İlkin hesablamaya görə, ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris seçki kampaniyalarına rekord məbləğdə – 3,5 milyard dollar vəsait xərcləyiblər.
Harris seçki kampaniyası üçün 2,3 milyard dollardan çox vəsait toplaya bilib. Sabiq prezident isə 1,8 milyard dollar toplayıb və onun 1,6 milyard dollarını xərcləyib.
E. KAMAL