Tarixin ən bahalı seçkisi oldu

06.11.2024

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-da prezidentliyə namizədlər olan Donald Tramp və Kamala Harris seçki kampaniyalarına rekord məbləğdə maddi vəsait; 3,5 milyard dollar xərcləyiblər.

Milli.Az APA-ya istinadən bildirir ki, Böyük Britaniyanın "Financial Times" (FT) qəzetinin hesablamalarına görə, bu, ABŞ tarixində ən bahalı prezident seçkiləridir.

Nəşrin qeyd etdiyi kimi, Harris seçki kampaniyası üçün 2,3 milyard dollardan çox vəsait toplaya bilib ki, bunun da 1,9 milyard dollarını kampaniyaya xərcləyib.

Ağ Evin sabiq rəhbəri isə 1,8 milyard dollar toplayıb və bu vəsaitin yarıdan çoxunu kampaniya zamanı xərcləyib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью