News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tarixdə çox zaman uğura hesablanan, amma bunun əksinə, tam iflasla nəticələnən hərbi kampaniyalar az deyil.News24.az Lent.az-a istinadla uğursuzluq miqyası xüsusilə böyük olan döyüşlər barədə yazını təqdim edir.Həbəş kampaniyası - italyanlar uzun müddət öz müstəmləkələrini xəyal edirdilər, lakin 1870-ci ildə bütövləşən və növbəti illərdə kifayət qədər güclü bir imperiyaya çevrilən İtaliya Afrikada bütün ərazilərin Avropa dövlətləri arasında bölüşdürüldüyünü, yalnız Efiopiyanın müstəqil dövlət kimi qaldığına şahid oldular.
İtalyanlar risk etmək qərarına gəldilər və bu Afrika ölkəsinə 1895-ci ildə 20 minlik kontingent göndərdilər.
Amma həmin kontingent tamamilə məğlub oldu. 1896-cı ildə Adua döyüşü xüsusilə italyanlar üçün sarsıdıcı oldu.
Məğlubiyyət İtaliyanın beynəlxalq nüfuzunu xeyli sarsıtdı və ikinci cəhddə Benito Mussolinini zamanında 1930-cu illərdə Efiopiyanı ələ keçirdilər.
Amma bu işğal da qısa sürdü və II Dünya Müharibəsinin astanasında oradan darmadağın edilərək qovuldular.
Maraqlıdır ki, 1896-cı ildə italyanlar Efiopiyaya uduzanda qoşunlarını bu ölkədən çıxarmaqla yanaşı, təzminat ödəməyə də məcbur oldular.
Hətta bununla bağlı Avropa mətbuatı uzun müddət italyanları istehza ilə "Menelikin qulları" (red- Menelik o zamankı Efiopiya hökmdarı) adlandırırdı.Çukotka yürüşü - 17-ci əsrdən bəri rus ekspedisiyaları Çukotka yarımadasını ələ keçirməyə cəhd edirdi.