Tarixin ən uzun sürən müharibəsi

11.06.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tarixdə ən qəribə müharibələrdən biri “335 illik müharibə” hesab olunur.

Azpost.info bildirir ki, bu qarşıdurma 1651-ci ildə İngiltərənin cənub-qərbində yerləşən Silli  adaları ilə Niderland arasında başlayıb.

Hadisənin kökü İngiltərə vətəndaş müharibəsinə gedib çıxır. Həmin dövrdə adalarda kral tərəfdarları fəaliyyət göstərirdi və Hollandiya gəmilərinə zərər vurduğu iddia olunurdu. Buna cavab olaraq holland donanması adalara qarşı müharibə elan edib.

Lakin maraqlısı odur ki, heç bir hərbi əməliyyat baş verməyib. Bir müddət sonra vəziyyət unudulub və tərəflər arasında sülh müqaviləsi də imzalanmayıb.

Yalnız 1986-cı ildə tarixçilər bu qəribə vəziyyəti araşdırarkən məlum olub ki, müharibə hüquqi baxımdan hələ də davam edir. Bundan sonra Hollandiya nümayəndələri adalara səfər edib və rəsmi sülh sazişi imzalanıb.

Beləliklə, 335 il davam edən bu müharibədə nə bir güllə atılıb, nə də insan itkisi qeydə alınıb.

Bu hadisə tarix kitablarına dünyanın ən uzunmüddətli və ən dinc müharibəsi kimi düşüb.

Sunay Aydın

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью