Tarixin ən yaxşı 100 romanı

22.05.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"The Guardian" nəşri tarixin ən yaxşı 100 romanının siyahısını dərc edib.

Axşam.az xəbər verir ki, reytinqdə birinci yeri Corc Eliotun “Midlmarç: Əyalət həyatının araşdırılması” romanı tutub.

Siyahıda ikinci pillədə amerikalı yazıçı Toni Morrisonun 1987-ci ildə nəşr olunan “Sevilən” əsəri qərarlaşıb. Roman Ceyms Coysun məşhur modernist əsəri “Uliss”i geridə qoyub.

İlk onluğa həmçinin Virciniya Vulfun “Mayaka doğru”, Marsel Prustun “İtirilmiş zamanın axtarışında”, Lev Tolstoyun “Anna Karenina” və “Müharibə və sülh”, Şarlotta Brontenin “Ceyn Eyr”, Ceyn Ostinin “Qürur və qərəz” və Qustav Floberin “Madam Bovari” romanları daxil edilib.

Reytinqdə həmçinin Frensis Skott Fitsceraldın “Böyük Qetsbi”, Çarlz Dikkensin “Soyuq ev”, Herman Melvillin “Mobi Dik”, Corc Oruellin “1984”, eləcə də Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” əsərləri yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью