Tarixin ən yaxşı dayaq yarımmüdafiəçisi seçildi

18.02.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Give Me Sport”un mütəxəssisləri futbol tarixinin ən yaxşı müdafiəyə meyilli yarımmüdafiəçilərinin reytinqini tərtib ediblər.

Futbolpress.az xəbər verir ki, reytinq formalaşdırarkən aşağıdakı meyarlar nəzərə alınıb: nailiyyətlər, universal qabiliyyətlər, müdafiə bacarıqları və topla davranma.

Avropa (1980) və dünya (1990) çempionu olmuş əfsanəvi alman Lotar Matteus birinci yeri tutub. Serxio Busquets ikinci olub, Nqolo Kante ilk üçlüyü tamamlayıb. İlk 10-luğu daha sonra Klod Makelele, Frank Raykard, Patrik Vieyra, Roy Kin, Rodri, Dunqa və Didye Deşam tamamlayır.

Yeri gəlmişkən, ötən il “Qızıl top”u bu reytinqdə səkkizinci yeri tutan müdafiəyəmeyilli yarımmüdafiəçi Rodri qazanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью