Tarixinə düşdüyümüz “cırtdanlar”la altıncı duel

30.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan yığması Millətlər Liqasının III turunda sabah Lixtenşteyni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Milli bu rəqiblə buna qədər beş dəfə üz-üzə gəlib. Tərəflərin ilk dueli 1998-ci ilə təsadüf edir. Avropa çempionatının seçmə mərhələsi matçında Lixtenşteyn qələbə qazanıb – 2:1. Bu, onların rəsmi matçlarda ilk qalibiyyəti kimi tarixə düşüb.

Növbəti 4 görüşün 3-də millimiz qələbə qazanıb, bir matç isə “sülh”lə başa çatıb. Ümumiyyətlə, Azərbaycan yığması Lixtenşteynə qarşı son dörd oyunda qol buraxmayıb.

1. 14.10.1998. Vaduts. AÇ, seçmə mərhələ. Lixtenşteyn – Azərbaycan 2:1
2. 05.06.1999. Bakı. AÇ, seçmə mərhələ. Azərbaycan – Lixtenşteyn 4:0
3. 10.09.2008. Bakı. DÇ, seçmə mərhələ. Azərbaycan – Lixtenşteyn 0:0
4. 10.10.2009. Vaduts. DÇ, seçmə mərhələ. Lixtenşteyn – Azərbaycan 0:2
5. 06.02.2013. Dubay. Yoldaşlıq oyunu. Azərbaycan – Lixtenşteyn 1:0

Lixtenşteyn bu mövsüm Millətlər Liqasında bir matç keçirib və Litvaya öz meydanında 0:2 hesabıyla uduzub. “Cırtdanlar” səviyyə və keyfiyyət baxımından millimizdən aşağıdır. Görüşdə itiriləcək xal yığmaya qrup liderliyi yolunda əngəl törədə bilər.

Lixtenşteyn FIFA reytinqində 211 ölkə arasında 206-cıdır. Heyətin dəyəri 625 min avrodur. Bu, millimizdə tək Mahir Emreli, Toral Bayramov, Aleskey İsayev, Rüfət Abbasov, Ayxan Hüseynov, Rəhim Sadıxov kimi oyunçuların qiymətindən aşağıdır.

Lixtenşteyn sonuncu qələbəsini bu ilin martında qazanıb. Komanda FIFA Series turnirində Tanzaniyaya minimal hesabla qalib gəlib. Bu, onların 2024-cü ildən sonra birinci qələbəsi kimi qeyd edilib. Dünyanın ən zəif yığmalarından hesab edilən “cırtdanlar” son 4 oyununda eyni hesabla uduzub – 0:2.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью