“Tarixlə rəqs edən libaslar” Uşaqların gözü ilə

29.01.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhəri 5 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzində “Tarixlə rəqs edən libaslar” adlı sərgi-təqdimat keçirilib.

Gununsesi.info bildirir ki, “Şəhərsalma və Memarlıq” ili çərçivəsində keçirilən tədbirdə studiyanın rəhbəri Əzimova Nigar çıxış edərək, layihənin ideyası, məqsədi və mövzu xətti barədə ətraflı məlumat verib. Ardınca studiya şagirdləri hazırladıqları kompozisiyalar haqqında təqdimatlarla çıxış ediblər.

Sərgidə tarixi abidələrdən ilhamlanaraq yaradılmış milli geyim nümunələri memarlıq irsimiz və milli rəqslərimizlə vəhdət şəklində təqdim olunub. Kompozisiyalarda milli rəqslərimizin incə ritmləri xüsusi yer tutub. Qaval rəqsi və Atəşgah məbədinin önündə ifa olunan yallı rəqsi geyim, hərəkət və məkan arasında harmonik əlaqə yaradıb.

Qız qalası, Şirvanşahlar Sarayı və İçərişəhər qala divarları fonunda nümayiş etdirilən milli tarixi libaslar tarix, memarlıq və rəqsin ayrılmaz vəhdətini əks etdirib.

Tədbirin sonunda mərkəzin direktoru Elza Orucova çıxış edərək sərgi-təqdimatı yüksək qiymətləndirib. Tədbirdə qonaq qismində tanınmış televiziya aparıcısı Nigar Mahmudova iştirak edərək layihəyə xüsusi dəyər qatıb.

Qeyd edək ki, “Tarixlə rəqs edən libaslar” layihəsi milli-mədəni irsimizin müasir estetik dildə təqdimatının uğurlu nümunəsi kimi yadda qalıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью