Tarkan etirazlarda həbs olunan gənclər üçün səsləndi

11.04.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

İstanbul Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsindən sonra Türkiyədə baş vermiş etiraz aksiyalarında həbs olunan tələbələrin bir qismi azadlığa buraxılıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənclərin azadlığa buraxıəlmasından sonra bir çox sənətçi sosial media hesablarından paylıaşımlar edib.

Dünya ulduzu Tarkan da məsələyə biganə yanaşmayıb:

"Azadlığa çıxan gənclərə görə çox sevinirəm. Ümid edirəm ki, qalan günahsız gənclər də tezliklə azadlığa qovuşacaqlar. Biz demokratiya və ədalət uğrunda mübarizə aparan gənclərimizlə fəxr etməliyik. Səma onların olması lazım olan yerdədir, qəfəslərdə deyil. Gələcəyimizə ümid bəsləsinlər, yolumuza işıq salsınlar”.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью